Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq






Sinqapurdan olan alimlər insanın nəfəsi ilə koronavirusa yoluxub yoluxmadığını müəyyənləşdirməyə imkan verən yeni bir test təqdim ediblər.

TASS-ın məlumatına görə, bu barədə “Breathonix” tərtibatçı şirkətindən bildirilib.

Koronavirusu aşkar etmək üçün hazırda mövcud olan metodlardan fərqli olaraq, yeni test insan tənəffüsünün kimyəvi tərkibindəki dəyişiklikləri qeyd edir.

Sinqapur Milli Yoluxucu Xəstəliklər Mərkəzindən 180 xəstənin iştirak etdiyi ilk klinik sınaqlarda tədqiqat dəqiqliyi 90 faiz göstərilib. Müəlliflər, yaxın gələcəkdə testin daha 600 könüllü üzərində test ediləcəyini də bildiriblər.

Layihə rəhbərlərinin sözlərinə görə, belə bir test cihazının istifadəsi üçün xüsusi təlim keçmiş kadrlara ehtiyac yoxdur, diaqnostika hava limanları kimi ən işlək yerlərdə həyata keçirilə bilər. Nəticələr bir neçə dəqiqə ərzində bəlli olur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də