Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et






Azərbaycan Ordusunun XXI əsrin ən müasir standartlarına uyğun savaş apardığını bütün dünya izləyir. Yüksək peşəkarlıqla hazırlanan hərbi əməliyyatlar ciddi təbii maneələrlə dolu dağlıq ərazilərdə dəqiqliklə həyata keçirilir. Nəzərə alsaq ki, ərazilərdə hərbi əməliyyatların sürətinə əngəl olan təbii tunellər, mağaralar, sıx meşəliklərlə yanaşı son 27 ildə burada ciddi müdafiə istehkamları qurulub. Təmas xətti boyunca qurulan 3-4 eşalonlu müdafiə sistemləri təsəvvür edə bilməyəcəyimiz şəkildə maneələr, istehkamlar, bunkerlər, tunellər, müdafiə qurğularından ibarətdir. Burada tikilən tunellər və bunkerlərin qalınlığı və bir neçə metrə çatan beton divarlarının dağıdılması və keçilməsi həddən artıq çətindir. Yerin altındakı bu sığınacaqlarda tank, qrad və digər hərbi texnikanı yerləşdirib, uzun zaman müdafiə üçün lazım olan silah-sursat və ərzaqla təmin edəcək anbarlar mövcuddur. Sözsüz ki, Ohanyan səddi adlanan belə keçilməz hesab olunan müdafiə xəttinin eşelon-eşelon qurulmasında ermənilərin havadarları və müttəfiqlərinin, xüsusən Fransa və digər dövlətlərin xüsusi rolu olub.

Fransanın Suriyada PKK-PYD üçün də belə tunellərin tikilməsində rolu haqqında məlumatlar medyada geniş yayılıb (bu müdafiə sədlərinin qurmaqda ermənilərə yardım etməklə Azərbaycanı fakt qarşısında qoyub ərazilərini güzəştə getməsini istəyirdilər və bəzi məqamlarda niyyətlərini heç gizlətmirdilər). Maneələrlə dolu ərazilərdə sürətli döyüş əməliyyatları aparmaq həddən artıq çətin olsa da, ordumuz “keçilməyən müdafiə xətti yoxdur” deyimini reallaşdırıb, qısa müddətdə keçilməz sayılan həmin müdafiə xətlərini yararaq, Füzuli-Cəbrayıl-Hadrut istiqamətində tamamilə dağıtdı.

Ağdərə istiqamətində dağlıq ərazilərdə tikilmiş 10 kilometrlərlə uzunluğunda tunel, bunker,səngərlər, mühəndislik qurğuları xüsusi qeyd edilməlidir. Siçovul yuvalarına bənzəyən bu istehkamlar və mühəndislik qurğuları yeraltı şəhəri xatırladır. Hündür dağlıq ərazi və sıx meşələrdə qurulan bunkerlərin metrlərlə qalınlığında olan divarların qurulmasında betonlardan, rezin təkərlərdən istifadə olunub müdafiə sədlərinin keçilməsi imkansız kimi görünsə də, Gülüstan, Talış, Suqovuşan kəndləri ətrafındakı yüksəkliklər, o cümlədən Sərsəng su anbarının önündə yerləşən Tonaşendən Gülüstan və Keçəldağa qalxan hissələrdə ordumuz ciddi uğurlara imza atıb, ermənilərin Qarabağ ərazisində keçilməsi imkansız sayılan müdafiə xətti yarılıb. Xatırladım ki, 2006-cı ildə dünyanın ən güclü və yeni texnologiyalara sahib ordularından olan İsrail ordusu Livanda “Hizbullah”ın qurduğu və Qarabağdakından çox zəif istehkam, tunel və bunkerləri keçməkdə zorlanıb aylarla ilişib qaldı.

Ermənilərin müdafiə səddinin əsas elementlərindən biri, 2016-cı il aprel savaşından sonra ABŞ-dan alınıb təmas xəttində quraşdırılan və erməni tərəfin kəşfiyat işini asanlaşdıran ən yeni texnologiyalara əsaslanan bilgisayar sistemli müşahidə kameraları idi. Bu maneələrə baxmayaraq ordumuz əməliyatları dəqiqliklə icra edərək hədəfinə xeyli yaxınlaşdı. Azərbaycan ordusunun İHA və SİHA-lardan ibarət edilən hava gücü savaşın taleyində ciddi rol oynadı. Bu sistemləri ilk dəfə savaşda istifadə edib, önəmli vurucu ünsürə çevirən Türkiyə ordusu olsa da, Azərbaycan ordusu onu irəliyə apardı. Belə ki, Tükiyə İHA və SİHA-lardan Suriya və Liviyadakı əməliyyatlarda istifadə edərkən, oradakı qüvvələrin, Bəşər Əsəd daxil heç birində bu Dronları vura biləcək yetərli HHM silahlarının olmaması onların üstünlükləri tam olaraq ortaya çıxmamışdı. Qarabağdakı savaşda erməni tərəfdə müasir sialhların olması fərqli durum yaradır. Düşmənin əlində Rusiyadan aldığı çox sayda müasir radioelektron HHM sistemləri var. Belə bir şəraitdə Azərbaycan ordusunun Dronlardan effektiv istifadəsi savaşda düşmənin hərbi potensialının əhəmiyətli hissəsinin məhvinə və canlı qüvvənin ciddi itkisinə səbəb oldu. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu Qarabağda dünya ermənilərinin birləşmiş ordusu tərəfində

yunan generallarının rəhbərlik etdiyi İraq, Suriya, Yunanıstan, Cənubi Kipr və digər ölkələrdən gətirilmiş muzdlularla savaşır. Azərbaycan Ordusunun bu savaşda tətbiq etdiyi taktika və göstərdiyi qəhrəmanlıq gələcəkdə öyrəniləcək.Hərbi ekspertlər bu barədə yazmağa və danışmağa başlayıb.

Qarabağda qeyd olunan müdafə xətti ilə yanaşı erməni tərəfinin istifadə etdiyi silah və hərbi texnikanın növü və sayı diqqəti çəkir. Buraya S-300, TOZ, PZRK, Kruq, Kub, Smerç və s. kimi müasir hava hücumundan müdafiə sistemləri, tanklar, PDM,BTR-lər kimi hərbi texnikalar daxildir. Sual olunur bu sılahlar, xüsusilə S-300 və digər raket sistemləri Qarabağ ərazisinə necə gətirilib? ATƏT-in Minsk Qrupunun həmsədri kimi bitərəf qalmalı olan Rusiya müttəfiqinə verdiyi raket sistemlərinin işğal olunmuş Azərbaycan ərazisində necə peyda olduğunu araşdırmalıdır.

Ermənistan həyasızlıqla savaşı “Qarabağ ordusunun” apardığını söyləyir. Əhalisi cəmi 70 min olan Dağlıq Qarabağdakı cinayətkar rejimin məhv edilən hərbi texnikanın bir faizinə belə sahib olması imkansızdır. Savaşın ilk 20 günü ərzində təkcə vurulan və ələ keçirilən tankların sayı 280-ni keçib. Bu say ATƏT-in 1992-ci il Helsinki toplantısında Ermənistan üçün müəyyən edilmiş limitdən çoxdur. Helsinkidə qəbul edilmiş kvotaya görə Ermənistan ordusu 220 tank, 300 PDM, BTR və 70 min şəxsi heyətə malik olmalıdır. “Avropada adi silahların məhdudlaşdırlması” haqqında Vyana müqaviləsinə imza atan Ermənistan Helsinkidə qəbul etdiyi öhdəlikləri pozaraq silahlanmaya davam edib. Qarabağda yerləşdirilib ordumuz tərəfindən məhv edilməsini gözləyən tankların və hərbi texnikanın sayı isə dəqiq bilinmir. Ermənistandakı faktiki hərbi texnika və silah sistemləri Adi Silahların məhdudlaşdırılması haqqında Vyana Konvensiyasının müəyyənləşdirdiyi kvotadan dəfələrlə çoxdur. Bu say sovet dönəmində Ermənistanda yerləşmiş 3 motoatıcı diviziyanı özündə birləşdirən 7-ci ordunun arsenalındakı hərbi texnika və silahların sayından dəfələrlə artıqdır. Birinci Qarabağ savaşı və sonrakı dövrlərdə Ermənistanın silahlandırılması Rusiyanın birbaşa dəstəyi ilə həyata keçirilib. Tovuz döyüşündən sonra bu proses Mülkü aviyasiya barədə Cenevrə konvensiyasını pozmaqla cinayət törədilərək davam etməkdədir.

Nəzarətdən kənar silahlanma kimi cinayət əməlinə Rusiya və Ermənistan arasındakı Hərbi əməkdaşlıq anlaşması da haqq qazandırmır. Faktiki olaraq ərazisi tamamilə kütləvi qırğın silahları və ağır hərbi texnikalarla doldurulmuş militarist Ermənistan bölgə üçün təhlükə mənbəyidir. Azərbaycanın atacağı addımlardan biri ATƏT və digər beynəlxalq qurumlar qarşısında Ermənistandakı silahların kvotalara uyğunluğunun müəyyənləşdirilməsi üçün inspeksiyanın təşkili, region ölkələrinin də prosesə cəlb olunması məsələsini qaldırmalıdır.

Digər məsələ erməni vandalizminin əyani sübutu kimi işğaldan azad edilən ərazilərdəki yaşayış məntəqələrində törədilən dağıntı və vəhşiliyi yerində görmələri üçün birinci mərhələdə Bakıdakı diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri bölgəyə aparılmalı, daha sonra bölgəyə səfərlə bağlı ATƏT-in Minsk qruğunun üzvü dövlətlərin rəhbərlərinə, xüsusən Fransa prezidenti Makrona çağırış edilməlidir.

Beynəlxalq təşkilatların iştirakı ilə azad edilmiş ərazilərdə törədilən dağıntı, vurulan zərərin müəyyənləşdirilməsi və Ermənistandan təzminat tələb edilməsi üçün hüquqi prosedurlar başladılmalıdır. Cenevrə konvensiyasına görə işğal edilmiş ərazilərdə mülki obyektlərin və yaşayış yerlərinin dağıdılması hərbi cinayət sayılır. Buna uyğun olaraq birinci və ikinci Qarabağ savaşında Azərbaycan əhalisinə qarşı cinayətlər törətmiş canilərin müəyyənləşdirilməsi vacibdir. Onlar əməllərinə görə cavab verməlidir. Bu kateqoriyaya cinayətlərdə iştirak etmiş o zamankı siyasi və hərbi rəhbərlər olan, Xocalı qatilləri Koçaryan, Sarkisyan və digər səhra komandirləri daxildir. Bunların sırasına Ermənistanda bu gün fəaliyyət göstərən Yerkrapa, Azatamartik və s. kimi terrorçu təşkilatların rəhbərləri olan Manvel Qriqoryan, yaxınlarda Qarabağda oğlu ilə birlikdə məhv edilmiş terrorçu, “Qara panzerlər”in rəhbəri olmuş Rüstəm Qasparyan, Vahan Ohanyan kimi digər hərbi cinayətkarlar da daxil edilməlidir. Onların əksəriyyəti birinci Qarabağ savaşında ancaq dinc əhalinin məhv edilməsi ilə məşğul olub. Bu cinayətkarların bəziləri bu günlərdə Qarabağda ordumuz tərəfindən məhv edilib.

Bir neçə gün əvvəl ordumuzun İrəvandan Füzuli cəbhəsinə gələn veteran terrorçulardan ibarət “Azatamartik” dəstəsinin döyüş meydanında məhv etməsi onlar üçün gözəl bir dərs oldu. Böyük miqyaslı bu işin həyata keçirilməsində DTX-nın üzərinə ciddi vəzifə düşür. Vaxtilə lovğalanaraq Avropadakı tribunalardan “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” , “Xocalıda azərbaycanlılara zarafat etmədiyimizi göstərdik”, “Azərbaycanlarla ermənilər heç vaxt bir yerdə yaşaya bilməz” deyən, faşist zehniyətli cinayətkar Serj Sarkisyanın mühakiməsi isə ayrıca olmalıdır. Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et.

Oqtay Qasımov, palitoloq

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də