Ballistik raketlər Gəncəyə Ermənistan ərazisindən atılıb.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O bildirib ki, Gəncə döyüş bölgəsindən uzaqdır, hərbi əhəmiyyəti yoxdur:
“Ermənistan Xarici İşlər Nazirliyi çirkin şəkildə törədilən bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətini inkar etməyə çalışır”