"Ermənistana yeni raket sistemləri gətirilib. Dərhal xain və qəddarcasına Azərbaycan şəhərlərinin dinc əhalisinə təcavüz etməyə başladılar".
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür", - deyə Hikmət Hacıyev qeyd edib.