Ramiz Mehdiyevin Korrupsiya komissiyasından uzaqlaşdırılıması ən doğru addımdır.
Bunu BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.
O bidirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə yeni müstəviyə keçib:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən köklü islahatlar kursu, siyasi, iqtisadi, ictimai və digər sahələri geniş əhatə edir. Həmçinin də xalqımız Prezidentin Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılmasına yönəlik siyasətinin canlı şahidi olur. Bütün bu sahələrə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib. Xüsusən korrupsiyaya qarşı mübarizə yeni müstəviyə keçib. Korrupsiyaya qarşı mübarizə komissiyasının sədri vəzifəsindən Ramiz Mehdiyevi uzaqlaşdırıb, Adminstasiyanın rəhbəri hörmətli Samir Nuriyevin təyin edilməsi, baş verənlərin əyani sübutudur. Həmçinin də komissiyanın tərkibinə yeni şəxslərin təyin olunması da görüləcək müsbət işlərin davamı kimi xarakterizə olunur".
Sədr müavini qeyd edib ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin ardıcıl olaraq vətəndaş cəmiyyətinin nümayəndələri ilə intensiv görüşlər keçirməsi korrupsiyaya qarşı atılan ən nümunəvi addımlardan biridir:
"Korrupsiyaya qarşı mübarizə komissiyasının ilk iclasında Komissiya yanında işçi qrupların yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar da təqdir olunur. Bununla yanaşı dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarətin gücləndirilməsinə yönəlik işlər aparılır. Bu da olduqca əhəmiyyətli hadisədir. Prezident hər zaman çıxışında qeyd edir ki, ictimai nəzarət gücləndirilməlidir. Xüsusən də vətəndaş cəmiyyəti inistitutları ilə əlaqələrin genişləndirilməsi istiqamətində adımlar atılır. Heç də təsadüfi deyil ki, məhz cənab Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev ardıcıl olaraq vətəndaş cəmiyyətinin nümayəndələri ilə intensiv görüşlər keçirir. Bütün bunlar son zamanlarda Prezidentin apardığı uğurlu islhatların əsas fəaliyyət istiqamətləridir".