Türkiyənin Amasya vilayətindən olan Rza Qaya ilə tanış olaraq ailə quran rusiyalı Daria Lobaşova müsəlmanlığı qəbul edib.
Şahidlərin qarşısında Kəlmeyi-şəhadət gətirərək müsəlman olan gəlin, "İpək" adını alıb.
Müsəlmanlığı seçməkdən çox məmnun olduğunu dilə gətirən Lobaşova, "Heç kimin təsiri altında qalmadan, öz istəyimlə İslam dinini qəbul etdim. İnşallah mənə hədiyyə edilən Qurani-Kərimi oxuyaraq, həyat yoldaşımın da köməyi ilə İslamı daha yaxşı anlamağa çalışacam"deyib.