Argentinada universitetdə çalışan professor onlayn dərs zamanı tələbələrinin gözü qarşısında həyatını itirib.
Argentinanın paytaxtı Buones-Ayresdə baş verən hadisə zamanı 46 yaşlı Paula de Simon adlı professor tələbələrinə dərs keçdiyi zaman nəfəs çatışmazlığı yaşayaraq dünyasını dəyişib.
Universitet rəhbərliyi professorun uzun müddətdir öskürəklə mübarizə apardığını, ancaq buna rəğmən çalışmağa davam etdiyini bildirib.
Qeyd edək ki, tələbələrin böyük şok yaşadığı hadisə zamanı professorun koronavirus səbəbi ilə öldüyü ifadə edilib.