
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, müvafiq kəşfi “Imperial College” və “Intensive Care National Audit & Research Centre” Tədqiqat Mərkəzinin alimləri ediblər.
Alimlər bir həftəlik müalicə kursundan sonra reanimasiyada olan pasiyentlərin sağalma şanslarının yüksək olduğunu müəyyənləşdiriblər.
Beləliklə, “Hidrokortizon” Böyük Britaniyada rəsmən COVID-19-un müalicəsi üçün bəyənilən ikinci dərman olacaq. Qeyd edək ki, ilk dərman ”Deksametazon”dur.