Tanınmış türkiyəli aktrisa Məryəm Üzərli ikinci dəfə ana olmağa hazırlaşır.
“Milliyət” qəzeti xəbər verir ki, “Möhtəşəm yüz il” serialında yaratdığı Hürrəm sultan obrazı ilə sevilən aktrisa beş aylıq hamilə olduğunu açıqlayıb.
O, qeyd edib ki, qız övladı dünyaya gələcək:
“Laranın artıq yeddi yaşı var. Uzun müddətdir ki, qardaş-bacısının olmasını istəyirdi”.
Xatırladaq ki, Məryəm Üzərlinin qızı Laranın atası məşhur aktyor Can Atəşdir.