Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusla bağlı zarafat etmək də qadağan olundu...

Şagirdlər komik öskürək səbəbiylə məktəbdən qovula da bilərlər...




Britaniya Krallığında “COVID-19” pandemiyası fonunda bəzi ingilis məktəbləri üçün yeni davranış qaydaları tətbiq olunmağa başlanıb. Xüsusən də uşaq və yeniyetmələrin koronavirusla bağlı zarafat etmələri qadağan olunub.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə  cari tədris ilində bəzi məktəblərin şagirdlər üçün qeyri-adi yeniliklər hazırladığı qeyd olunur. Məsələn, Hasting məktəbində uşaqlara “bilərəkdən və məqsədli şəkildə” öskürmək və ya asqırmaq, həmçinin koronavirusla bağlı zarafat etmək, lətifələr danışmaq qadağan edilib.

Eyni zamanda Londonun təhsil müəssisələrindən birində komik öskürəyə görə qovulmaq da mümkündür.

Bundan əlavə, yeni qaydalar şəxsi gigiyenaya da təsir edib. Məsələn, Derbi məktəblərindən birində hər sinif üçün  tualet ayrılıb. Və şagird başqa sinfin tualetinı getdiyi təqdirdə cəzalandırılacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də