Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Trampın səsi batdı

ABŞ prezidenti Donald Tramp beynəlxalq ticarət tarifləri ilə bağlı müzakirələr zamanı o qədər qışqırıb ki, səsi batıb.

Məlumatı Tramp jurnalistlərə özü açıqlayıb.

Ondan səsinin niyə xırıltılı çıxdığı soruşulub:

"Özümü əla hiss edirəm. Ticarət və ölkə ilə bağlı bir şeydə axmaq olduqları üçün insanlara qışqırdım. Və düzəltdim. Amma əsəbiləşdim".

Trampın sözlərinə görə, hansısa ölkə "ticarət müqaviləsinin şərtlərini dəyişdirməyə" çalışmaq istəyir. O, hansı ölkəni nəzərdə tutduğunu və  kimə qışqırdığını da dəqiqləşdirməyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də