Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bolqarlar yanvarın 1-də avroya keçir

Bolqarlar yanvarın 1-də avroya keçir

Bolqarıstan 2026-cı il yanvarın birindən avroya keçəcəyini təsdiqləyib.

Ölkə 2018-ci ildə Avropa İttifaqına sədrliyinin son günündə avroya keçidlə bağlı rəsmi müraciət etmişdi. Keçid 2 dəfə təxirə salınıb. İyulun 8-də Avropa Parlamenti Bolqarıstanın avrozonaya qoşulmasının lehinə səs verib.

 Avroya keçid həm də rəsmi Sofiyanın Maastrix sazişindən irəli gələn öhdəlikləri tam yerinə yetirməsi anlamına gəlir.

 Hazırda avrodan Avropa İttifaqına üzv 20 ölkə istifadə edir. Andorra, Monako, San-Marino və Vatikan ittifaqa üzv olmasalar da, Avropa Mərkəzi Bankının razılığı əsasında vahid valyutadan yararlanırlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də