Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə 300 nəfər dönərdən zəhərləndi

Türkiyədə 300 nəfər dönərdən zəhərləndi

Türkiyənin Kocaeli vilayətində 300 nəfər dönərdən zəhərlənib.

Hadisə vilayətin Körfez bölgəsində baş verib.

Bildirilib ki, ictimai iaşə obyektlərindən birindən dönər alan çox sayda insan ürəkbulanma və qaytarma şikayəti ilə xəstəxanaya müraciət edib. 

Hazırda iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Sözügedən obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

 

Hadisə ilə bağlı araşdırma başladılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də