
2009-cu ildə Türkiyə gözəli seçilən Banu Öztürk saxlanılıb.
O Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunur.
Məlumata görə, “Miss Globe Türkiye” seçilən Öztürk sosial şəbəkədə Türkiyə liderini təhqir edib və buna görə Beykoz Prokurorluğunun göstərişi ilə nəzarət altına alınıb.
Qeyd edək ki, Öztürk “Avrupa yakası” və “Adanalı” kimi bir çox serialda rol alıb.