
Beynəlxalq Ədalət Məhkəməsinə yeni sədr seçilib.
Yaponiyalı hakim Yuji İvasava quruma rəhbərlik edəcək.
O, bu vəzifədə livanlı hakim Nəvaf Salamı əvəz edib. Salam yanvar ayında Livanın baş naziri olub, bundan sonra sədr vəzifəsindən istefa verib.
İvasava 2027-ci il fevralın 5-dək vəzifəsini icra edəcək.
Yuji İvasava 2018-ci ildən Beynəlxalq Ədalət Məhkəməsinin üzvüdür. O, əvvəllər beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin İnsan Hüquqları Komitəsinin sədri vəzifəsində çalışıb. Hakim Tokio Universitetində beynəlxalq hüquq professorudur və digər universitetlərdə də dərs deyib.