
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson parkinson xəstəliyinə tutulub.
Bu barədə tanınmış yutuber Ceyk Pol məlumat verib.
Bloqer 59 yaşlı “Dəmir Mayk” ləqəbli boksçunun yaddaş itkisindən əziyyət çəkdiyini, ötən il noyabrın 16-da keçirdikləri döyüşdən öncə dərman qəbul etdiyini və uzun müddətdir müalicə aldığını iddia edib.
M.Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.
Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub.