Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəxanaya yerləşdirilib.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Papa Fransisk bəzi lazımi diaqnostik testlərdən keçmək və bronxitlə bağlı davam edən müalicəsini xəstəxana şəraitində davam etdirmək üçün Romadakı “Agostino Gemelli” xəstəxanasına müraciət edib.

Pontifikin xəstəxanada neçə gün qalacağı bildirilməyib.

Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Ötən günlərdə keçirilən görüşlərdə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.

88 yaşlı Fransisk ötən illərdə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də