İran prezidenti Məsud Pezeşkian Bolu Kartalkaya xizək kurortundakı oteldə baş verən yanğında həyatını itirənlərə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Pezeşkinın Ərdoğana başsağlığı mesajında bu ifadələr yer alıb:
"Boluda bir oteldə baş verən və onlarla vətəndaşın və ziyarətçinin ölümünə və yaralanmasına səbəb olan yanğınla bağlı kədər hissi ilə xəbər tutdum. Zati-alilərinə, həyatını itirənlərin ailələrinə, dost və qardaş türk xalqına başsağlığı verirəm. Bu ağrılı hadisədə həyatını itirənlərin ruhuna Allahdan rəhmət, ailələrinə səbr, yaralananlara isə şəfa diləyirəm”.