
Məşhur rejissor və ssenarist Devid Linç 79 yaşında vəfat edib.
Bu barədə onun ailəsi məlumat yayıb.
Məşhur "Twin Peaks" serialının yaradıcısı kimi tanınan Linç 20 yanvar 1946-cı ildə ABŞ-nin Montana ştatının Missoula şəhərində anadan olub. 1966-cı ildə Pensilvaniya İncəsənət Akademiyasına daxil olub. Orada kinematoqrafiya ilə maraqlanan Linç 1967-ci ildə ilk qısametrajlı cizgi filmini çəkib.
1980-ci ildə prodüser Mel Bruksun dəstəyi ilə lentə aldığı “Fil adam” filmi səkkiz dəfə Oskar qazanıb.
O, “Blue Velvet”, “Mulholland Drive” serialları, həmçinin “Dune” kimi ekran əsəri ilə də tanınır.