
Dağıstanın Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Bu barədə qərarı Dağıstanın rəhbəri Sergey Məlikov imzalayıb.
Qərara əsasən, Rusiya Qvardiyasının general-mayoru Əliyar Tanrıverdi oğlu Abdullayev respublikanın Bakı üzrə nümayəndəliyinə rəhbərlik edəcək.
Abdullayev Rusiya Milli Qvardiyasının Volqa dairəsi komandirinin müavini vəzifəsində çalışıb. Onun etnik azərbaycanlı olduğu bildirilir.