
"Prezident Ərdoğan mənim dostum və hörmət etdiyim insandır. Düşünürəm ki, o da mənə hörmət edir".
Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında deyib.
Tramp Suriyadakı mövcud vəziyyətlə bağlı suallar qarşısında Ankaranın əhəmiyyətinə diqqət çəkib.
O, Türkiyənin Suriya ilə bağlı məsələlərdə əhəmiyyətli bir aktor olduğunu bildirib.