Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu paytaxt sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

Bu paytaxt sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

Serbiyanın paytaxtı Belqradda ictimai nəqliyyatla bağlı yeni qərar verilib.

Yanvarın 1-dən etibarən paytaxt sakinləri ictimai nəqliyyatdan ödənişsiz istifadə etməyə başlayıb.

Belqrad bələdiyyəsinin sədri Aleksandr Sapic bir müddət əvvəl mətbuata açıqlamasında ictimai nəqliyyatla bağlı qərarın şəhərin nəqliyyat sistemini modernizazsiya etməyi hədəfləyən əhatəli strategiyanın tərkib hissəsi olduğunu bildirib. 

Belqrad üç il içərisində ictimai nəqliyyat arsenalını yeniləməyi və bütün  vasitələri dəyişdirməyi plnalaşıdırır. Bələdiyyə sədrinin sözlərinə görə, 2025-ci ilin sonuna qədər fəaliyyətdə olan bütün nəqliyyat vasitələri iki yaşdan balaca olacaq.

Lakin bəziləri qərara etiraz ediblər. Nəqliyyatın maliyyələşdirilməsinin yüksək vergilər hesabına olacağını və praktikada ödənişsiz olan xidmətin əslində pulsuz olmayacağını deyənlər də var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də