Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ucqar kəndə naməlum kosmik obyekt DÜŞDÜ

Ucqar kəndə naməlum kosmik obyekt DÜŞDÜ

Həftənin əvvəlində Keniyada kəndlərdən birinə qırmızı rəngli qaynar cisim düşüb.

Bu barədə CNN məlumat yayıb.

Ucqar kəndə düşən obyekt Keniya Milli Kosmik Agentliyi tərəfindən araşdırılıb.

Kosmik Agentliyin məlumatına görə, naməlum obyektin kosmik obyektin bir parçası olduğu müəyyən edilib. 

Makueni əyalətinin cənubundakı ucqar Mukuku kəndinə düşən obyektin eni  2,5 metr, çəkisi isə 500 kiloqramdır. İlkin araşdırmalar onun kosmik raketdən ayrılan halqa olduğunu göstərir.

Agentlik qeyd edir ki, kosmik tullantılar daha çox okeana düşür və ya yer atmosferinə girməzdən əvvəl isə yanır.

Cisim Agentlik tərəfindən daha ətraflı təhlil olunur və onun haradan gəldiyi araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də