
Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan-Noel Barro Dəməşqə səfər ediblər.
Nazirlər Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilə danışıqlar aparacaqlar.
“Əsədin ağrılı hakimiyyəti başa çatıb. Yeni bir fəsil açılıb, lakin hələ yazılmayıb”, - xanım Berbok səfərdən əvvəl deyib. Nazirin sözlərinə görə, Avropa ilə Suriya arasında “yeni siyasi başlanğıc” mümkündür.
Qeyd edək ki, Annalena Berbok və Jan-Noel Barro Bəşər Əsədin istefasından sonra Suriyaya səfər edən ilk Avropa nazirləridir. Əhməd əl-Şaranın rəhbərlik etdiyi qüvvələr dekabrın 8-də Suriyada hakimiyyəti ələ keçirib.