ABŞ-ın keçmiş prezidenti Bil Klinton xəstəxanaya yerləşdirilib.
Bu barədə onun sözçüsü məlumat yayıb. Bildirilir ki, 78 yaşlı keçmiş prezident temperaturu qalxdığı üçün bəzi test və müayinədən keçirilməsi məqsədilə Corctaun Universitetinin tibb mərkəzinə götürülüb. Klintonun əhval-ruhiyyəsinin yaxşı olduğu açıqlanıb.
Bil Klinton 1993-2001-ci illərdə ABŞ-ın Prezidenti olub.