ABŞ Prezidenti Cozef Bayden administrasiyası yaxın günlərdə Ukraynaya 1,2 milyard dollar həcmində son yardım paketini elan edəcək.
“Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə Kiyevə veriləcək paketə artilleriya mərmiləri və zenit raketləri daxil olacaq. Kiyevə təqdim olunan hərbi texnika mövcud ehtiyatlardan deyil, müdafiə şirkətlərinə verilən sifarişlərdən əldə ediləcək. Bu o deməkdir ki, onların döyüş meydanına çatmasına aylar və ya illərlə vaxt lazım olacaq.