
Olimpiya çempionu Taha Akgül Türkiyə Güləş Federasiyasının prezidenti seçilib.
O, ötən gün keçirilən səsvermədə qalib olub.
34 yaşl idmançının rəqibi sabiq güləşçi Selçuk Çebi olub.
Qeyd edək ki, 2016-cı ildəki Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sərbəst güləşçi 3 qat dünya və 11 qat Avropa çempionudur.