Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğanla Makron arasında telefon danışığı oldu

Ərdoğanla Makron arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəbn Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının  məlumatında bildirilib.

Telefon danışığı zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini ifadə edərək, Fransanın səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.

Suriyalı qaçqınların ölkələrinə qayıtması üçün səylərə başlanıldığını deyən Ərdoğan, suriyalıların orada qalmalarını təmin edəcək davamlı şəraitin yaradılması, yenidənqurma və reabilitasiya işlərinin aparılması üçün beynəlxalq ictimaiyyətin əməkdaşlıq etməli olduğunu vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də