Sakit okeanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsindən məlumat verilib.
Bildirilib ki, zəlzələnin episentri Kamçatka diyarı mərkəzindən 120 km şərqdə yərləşib. Zəlzələnin ocağı 50 km dərinlikdə olub.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhər dairəsində üç bala qədər hiss olunub. Sunami təhlükəsi elan olunmayıb.