
Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident Sarayını tərk etmək fikrində olmadığını bildirib.
Bu barədə o, televiziya ilə çıxışı zamanı danışıb.
“Mən heç yerə getməyəcəyəm, məndən həmişə bu barədə soruşurlar”, - Zurabişvili deyib.
Gürcüstanda yeni prezident seçkiləri dekabrın 14-nə, andiçmə mərasimi isə dekabrın 29-na təyin edilib. Zurabişvili noyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır.