Suriyada hakimiyyətə gələn qüvvələr Dəməşqdə komendant saatını ləğv edib.
Bu barədə Hərbi Əməliyyatlar İdarəsi məlumat yayıb.
“Hörmətli Dəməşq şəhərinin və eyniadlı vilayətin sakinləri, nəzərinizə çatdırırıq ki, hərbi əməliyyatlar idarəsi şəhərdə komendant saatını ləğv edib”, - məlumatda bildirilib.
“Vətəndaşlarımızı işlərinə və qurumlarına qayıtmağa, yeni Suriyanın qurulmasında bizə qoşulmağa çağırırıq”, - İdarənin bəyanatında deyilir.