Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tramp maaş və pensiyadan İMTİNA ETDİ

Tramp maaş və pensiyadan İMTİNA ETDİ

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra dövlət başçısına verilən bütün maddi imtiyazlardan imtina etmək niyyətindədir.

Bu barədə o, NBC kanalına müsahibəsində bildirib.

 Tramp illik 400 min dollar prezident maaşını almayacaq və ölkə prezidentinə verilən ömürlük pensiyadan da imtina edəcək.

 “Bir qəpik də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, - ABŞ-ın yeni seçilmiş prezidenti vurğulayıb.

 Tramp həmçinin qeyd edib ki, o, “bəlkə də Corc Vaşinqtondan sonra” işinə görə maaş almayan ilk ABŞ prezidenti ola bilər.

 Qeyd edək ki, Tramp ilk səlahiyyət müddətində də prezidentlik maaşından imtina edib, vəsaitləri xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəldib.

 Bu cür addımlara baxmayaraq, Tramp hələ də ABŞ-ın ən zəngin insanlarından biridir. "Forbes"in məlumatına görə, onun sərvəti 2,3 milyard dollar qiymətləndirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də