Makron hökumətin istefasına baxmayaraq, özü vəzifəsini tərk etmək fikrində olmadığını bir daha bəyan edib.
“Demokratik şəkildə mənə həvalə etdiyiniz mandat beş ildir. Mən bunu sona qədər tam şəkildə həyata keçirəcəyəm”, – Makron hökumətin istefasından sonra fransızlara müraciətində deyib.
Onun müraciəti Yelisey sarayının X-dəki rəsmi hesabında verilib.
Yelisey Sarayının məlumatına görə, Fransa prezidenti dekabrın 6-da yeni baş nazirin namizədliyi ilə bağlı partiyalarla məsləhətləşmələr aparacaq.
Çərşənbə günü deputatların əksəriyyəti Fransanın baş naziri Mişel Barnyeyə etimadsızlıq səsverməsinin lehinə çıxış edib. 577 deputatdan 331-i ona etimad göstərməyib.
Cümə axşamı Barnier istefa ərizəsini təqdim edib və Makron onunla razılaşıb. Fransa hökuməti 1962-ci ildən sonra ilk dəfə buraxılıb. Hökumət cəmi 90 gün işlədi və bu ölkə tarixində ən qısa müddətdir.
Müxalifət dərhal Makronun özünü istefaya çağırıb.