Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib.
Bu barədə TRT kanalına istinadən xəbər verir.
Mətbuata qapalı keçirilən görüş 3 saat davam edib.
Görüş zamanı əsasən Suriyadakı vəziyyət müzakirə olunub. Qəzza və Ukraynadakı vəziyyətə toxunulub.
İclasda Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh sazişi ilə nəticələnəcəyi gözləntiləri və arzuları vurğulanıb, daimi sülhün regionumuzun bütün aktorlarının marağında olacağı qeyd edilib.