
İranın qərbində İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib.
Zəlzələnin hiposentri yerin 10 km dərinliyində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
 
 
						 
 
 



 
					 
					 
					 
					 
					