
Monteneqronun “NeonoeN” qrupu “Eurovision 2025” mahnı müsabiqəsində iştirakdan imtina edib.
Buna səbəb qrupun müsabiqə qaydalarını pozmasıdır. Belə ki, “NeonoeN” qrupunun “Eurovision 2025”ə təqdim etdiyi “Clickbait” mahnısının bir hissəsini 2023-cü ildə keçirilən rok festivalında ifa etdiyinə dair sosial şəbəkələrdə videolar yayılıb. Nəticədə “NeonoeN” qrupu “Eurovision”da iştirakdan könüllü olaraq imtina etdiyini açıqlayıb.
 
 
						 
 
 



 
					 
					 
					 
					 
					