Ötən gecə Gürcüstanda müxalifətin keçirdiyi etiraz aksiyası dağıdılarkən rusiyalı jurnalist xəsarət alıb.
Tbilisidə parlamentin yaxınlığında müxalifətin nümayişini dağıdarkən, xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. Bu zaman “RİA Novosti”nin hadisə yerində olan müxbiri yaralanıb. Ona xəsarətin təhlükəsizlik qüvvələri tərəfindən yetirildiyi bildirilir.
Məlumata görə, müxbirin əlləri, üzü və boynu yanıb.