Planetin ən yaşlı insanı, Böyük Britaniyadan olan Con Alfred Tinnisvud 112 yaşında vəfat edib.
Bu barədə “Mirror” qəzeti yazıb.
Tinnisvud “Titanik” gəmisinin batdığı il, 26 avqust 1912-ci ildə Liverpulda anadan olub. Bu adam Britaniya kraliçası II Yelizavetanı ötüb və İkinci Dünya Müharibəsinin yaşayan ən yaşlı kişi veteranı olub.
Aprel ayında Ginnesin Rekordlar Kitabı 111 yaşlı Tinnisvudu yaşayan ən yaşlı insan kimi tanıyıb.
O, avqustda 112 yaşını qeyd edib.
Tinnisvud bazar ertəsi İngiltərənin Southport şəhərindəki qocalar evində vəfat edib. Onun bir qızı, dörd nəvəsi və üç nəticəsi var.