
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Emirates Minting Factory" dünyanın ən böyük qızıl külçəsini istehsal edib.
Çəkisi 300 kq-dan çox olan külçə "Ginnesin Rekordlar Kitabı"nda yer alıb.
Qeyd edək ki, "Emirates Minting Factory" gündəlik 1 000-1 200 kq qızıl və gümüşü emal etmək və əritmək qabiliyyətinə malikdir.