Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran yol ayrıcındadır: vurmaq, ya vurmamaq?


Küveytin “Əl-Cərida” qəzeti İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən iddia edir ki, İran oktyabrda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimi öncəsi hücuma cavab olaraq İsraili vura bilər. 


Mənbənin məlumatına görə, ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin ofisinə, Milli Təhlükəsizlik Şurasına və İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinə daxil olan bir neçə yüksək rütbəli iranlı siyasətçi, eləcə də, İslam Respublikası Silahlı Qüvvələri, Tramp hakimiyyətə gəlməmişdən əvvəl zərbə endirilməsinin tərəfdarıdır.

Onların nöqteyi-nəzərindən belə bir addım Tramp komandası ilə “danışıqlarda Tehranın mövqeyini gücləndirəcək”.

Qəzetin həmsöhbəti onu da qeyd edir ki, İsrailə İran ərazisinə hücumlar həyata keçirməyə imkan verən Amerikanın indiki prezidenti Co Baydenin administrasiyası olub və buna görə də “hakimiyyət yeni administrasiyaya keçməzdən əvvəl onunla hesablaşmaq lazımdır”.

Eyni zamanda, mənbənin sözlərinə görə, prezident Məsud Pezeşkian başda olmaqla İran hökuməti İsrailə zərbəni inauqurasiyaya qədər deyil, Tramp komandasının nümayəndələri ilə görüşə qədər təxirə salmağın zəruriliyində israrlıdır. Əl-Caridə görə, İstanbulda reallaşa bilər. Bundan əlavə, nazirlər Baydenə “Qəzza zolağı və Livanda atəşkəslə bağlı razılığa gəlmək üçün son şans” verməyi təklif edirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də