
176 ölkəyə vizasız giriş imkanı ilə Almaniya hələ də dünyanın ən güclü pasportuna sahibdir. Bir ölkəyə vizasız girişi itirməsinə baxmayaraq, illik səyahət azadlığı reytinqində 1-ci yeri qoruyub saxladı.
Bu barədə xarici KİV-in məlumatında bildirilib.
İsveç 175 ölkəyə vizasız giriş imkanı ilə 2-ci yerdə qalır.
Danimarka, İtaliya, İspaniya və ABŞ isə 3-cü yerdədir, onların vətəndaşları 174 ölkəyə vizasız daxil olur.
Sonrakı yerlərdə İsveçrə, Lüksemburq, Avstriya, Norveç, Yunanıstan, Böyük Britaniya, Belçika, Hollandiya, İspaniya, İtaliya, Fransa pasportları gəlir.