"İsrail imkanlarının yalnız bir hissəsindən istifadə edərək İrandakı strateji sistemlərə hücum etdi".
Bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi məlumat verib.
"Biz imkanlarımızın yalnız bir hissəsini istifadə etdik, daha çox şey edə bilərik", - Halevi deyib.
O vurğulayıb ki, İranda strateji sistemlərə hücum böyük əhəmiyyət kəsb edir və indi hadisələrin necə inkişaf edəcəyini görmək qalır.
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib . Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar elan edib.
“The Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail İrana hücumda ən son "F-352 qırıcıları da daxil olmaqla 100-dən çox təyyarədən istifadə edib. İsrail ordusu əməliyyatın yalnız hərbi hədəfləri hədəf aldığını iddia edir.
"Sky News" Arabia telekanalının məlumatına görə, İrana hücumdan sonra raket imkanlarını bərpa etmək üçün bir il vaxt lazım olacaq.