Güclü leysan yağış Avropanın müxtəlif ölkələrində fəsadlara səbəb olub.
İtaliyanın şimalındakı Emilia-Romanya regionunun və Bolonya şəhərinin böyük bir hissəsi su altında qalıb.
Bolonya meri Matteo Lepore sakinləri küçələrə çıxmamağa və avtomobillərdən istifadə etməməyə, binaların üst mərtəbələrində qalmağa çağırıb. O, fövqəladə vəziyyət elan oluna biləcəyini bildirib. Məktəblərdə tədris dayandırılıb, çayların səviyyəsinin daha da yüksələcəyi, daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub. Sel və daşqınların baş verdiyi bölgələrdən üç mindən çox insan təxliyə edilib.
Fransanın müxtəlif bölgələrində 48 saat ərzində 630 mm-ə qədər yağıntə qeydə alınıb. "Météo France" bir neçə bölgədə daşqınla bağlı qırmızı xəbərdarlıq elan edib. Bir neçə bölfədə dərslər dayandırılıb. Fransa Daxili İşlər Nazirliyi Parisin zərər çəkmiş ərazilərə əlavə 1500 xilasedici göndərdiyini bildirib.