ABŞ-ın Dövlət katibi Antoni Blinken İsrailə növbəti dəfə səfər edib. Bu, 2023-cü il oktyabrın 7-də bölgədə vəziyyətin gərginləşməsindən sonra onun Yaxın Şərqə 11-ci səfəridir.
“Ynet” portalının yaydığı məlumata görə, Blinkenin İsraildə Baş nazir Benyamin Netanyahu və Prezident İsxak Hersoqla görüşləri nəzərdə tutulub.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu ərəfədə bildirib ki, Blinkenin Yaxın Şərq turu oktyabrın 21-dən 25-dək davam edəcək. Dövlət katibi səfər samanı Qəzza zolağında müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini, həmçinin İsrail ilə “Hizbullah” arasında münaqişənin diplomatik həllinin zəruriliyini müzakirə etmək niyyətindədir.