İsrail Baş naziri Benyamin Netanyahunun şəxsi iqamətgahına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Baş nazirin evi səhər saatlarında Livandan atılan PUA ilə hədəfə alınıb.
Xəbəri əvvəlcə Səudiyyə Ərəbistanının "Əl-Hadath" nəşri yazıb. Daha sonra Netanyahunun ofisi xəbəri təsdiq edib. Qeyd olunub ki, hücum zamanı Netanyahu və həyat yoldaşı Sara evdə olmayıb.
İnsident zamanı xəsarət alan olmadığı bildirilir.
Qeyd edək ki, səhər saatlarında İsrailə Livan ərazisindən hüvum edilib və Tel-Əviv bölgəsində sirenlər işə salınıb.