Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur dəmir taxt 1,5 milyon dollara satıldı

Məşhur dəmir taxt 1,5 milyon dollara satıldı

Məşhur "Taxt-tac oyunları" (Game of Thrones) oyunlarında istifadə edilən dəmir taxt hərracda 1,49 milyon dollara satılıb.

 Bu barədə "Heritage Auctions" hərrac evinin məlumatlarında qeyd olunub.

 Hərrac Dallasda keçirilib, burada məşhur serialdan 900-dən çox əşya satışa çıxarılıb.

 Qeyd edək ki, taxt plastikdən hazırlanıb, "Game of Thrones" sərgi və tədbirlərində nümayiş etdirilib və serialda istifadə olunan taxtın tam surətidir.

 Hərraca serialdan silahlar, geyimlər, zinət əşyaları və digər rekvizitlər təqdim olunub. Con Snounun serialdakı qılıncı 400 min dollara, kostyumu isə 337,5 min dollara satılıb. Hərracda ümumilikdə 21,1 milyon ABŞ dolları dəyərində məhsul satılıb, müsabiqədə 4,5 mindən çox potensial alıcı iştirak edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də