Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu il Türkiyədə 300-dək qadın öldürülüb

Bu il Türkiyədə 300-dək qadın öldürülüb

Türkiyəfə qadınlara qarşı bir sıra amansız hücumlar ölkədə narazılıqları artırıb. Prezident Rəcəb Tayyib Ərdoğan ictimai təzyiqlərə cavab olaraq cinayət qanunlarını sərtləşdirməyə söz verib.

“Politico”nun məlumatına görə, Türkiyədə qadınlara qarşı zorakılıq ciddi problem olaraq qalır. Bu il 300-ə yaxın qadın öldürülüb. Etirazçılar təəssüflər deyirlər ki, qadınları qorumaq hökumətin prioritetlərindən biri deyil.

Qəzet yazır ki, ictimaiyyəti şoka salan son üç qətl hadisəsi xüsusilə səs-küylü idi. Cinayətkarların cəzasız qalması və zorakılığa son qoyulması tələbi ilə müxtəlif şəhərlərdə yürüşlər keçirilib.

Oktyabrın 9-da Ərdoğan AKP-nin parlament qrupunda çıxış edərək qadın qətllərinin cəmiyyətin ədalətli reaksiyasına və hiddətinə səbəb olduğunu deyib. O, cinayətkarların azadlıqda qalmasından narahatlığını bildirib və cəzaları sərtləşdirəcəyini, məhkumların vaxtından əvvəl azad edilməsini dayandıracağını vəd edib.

“Qadın qırğınlarını dayandıracağıq” hərəkatının məlumatına görə, təkcə 2024-cü ilin sentyabrında kişilər 34 qadını öldürüb, daha 20 nəfər şübhəli şəraitdə ölüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də