İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava yolları məhdudiyyətlər götürüldükdən sonra uçuşları bərpa edib.
Məlumatı İLNA informasiya agentliyi yayıb.
Məlumata görə, Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qalxıb.
Bildirilib ki, bir müddət əvvəl sentyabrın 3-ü səhər saatlarınadək bütün istiqamətlərdə uçuşlar təxirə salınmışdı.