Livandakı Hizbullah hərəkatına yeni lider seçilib.
Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Bildirilir ki, təşkilatın yeni lideri Haşim Safi əd-Dindir. O, əvvəllər hərəkatın icra şurasının rəhbəri vəzifəsində çalışıb. Safi əd-Din Hizbullahın İsrail tərəfindən öldürülən lideri Həsən Nəsrullahın əmisi oğludur.
Qeyd edək ki, İsrail sentyabrın 28-də Beyruta zərbələr endirib və Hizbullah lideri Şeyx Həsən Nəsrullah öldürülüb.