Nəşrin məlumatına görə, Olaf Şolts Rusiyanı danışıqlar masasına oturtmaq üçün sülh planı üzərində işləyir.
Yazıda qeyd olunub ki, Kiyevin ərazi güzəştlərini qəbul edəcəyi ehtimal edilir. Belə ki, Şolts tarixə “sülh kansleri” kimi düşmək və mümkün istefadan yayınmaq istəyir.
“Türinqiya və Saksoniyadakı dağıdıcı seçki nəticələrindən şoka düşən və Brandenburqda sentyabrın 22-də keçiriləcək seçkilərdə mümkün məğlubiyyətin onu istefaya məcbur edə biləcəyi barədə getdikcə israrlı şayiələrə qapılan kansler düşdüyü çətin vəziyyətdən çıxmaq üçün Ukrayna məsələsinə "mərc etmək" qərarına gəldi", - məqalədə deyilir.
Qeyd edək ki, dünən Şolts deyib ki, “indi elə məqam yetişib ki, bizə bu hərbi vəziyyətdən necə tez çıxıb sülhə gələ biləcəyimizi müzakirə etmək lazımdır”.